Kitabından tibb universitetində dərslik kimi istifadə olunan alimin anım günü keçirildi - FOTO

Kitabından tibb universitetində dərslik kimi istifadə olunan alimin anım günü keçirildi - FOTO

Hazırda oxunan: Kitabından tibb universitetində dərslik kimi istifadə olunan alimin anım günü keçirildi - FOTO

116110

Kürdəmirdə tibb elmləri namizədi, içtimai xadim və peşəkar həkim-stomatoloq  Heybət Mehdiyevin anım günü keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmir rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə təşkil olunan anım günündə iştirakçılar əvvəlcə tibb elmləri namizədi Heybət Mehdiyevin rayondakı fəxri xiyabanda dəfn olunmuş məzarını ziyarət edib önünə tər qərənfillər düzüb və ruhuna dualar oxuyublar.

Çıxış edənlər bildiriblər ki, el atası, ziyalı, xeyriyyəçi və  respulika ağsaqqalar şurasının üzvü olan Heybət həkim vaxtilə təkcə ölkəmizdə deyil, keçmiş SSRİ miqyasında tanınmış peşəkar həkimlərdən biri olub.
Onun gənc həkimlərin stomatologiya sahəsində yetişməsində və  inkişafında əvəzsiz xidmətləri olub. Anım günündə iştirak edən gənc həkimlər vurğulayıblar ki, bu gün Kürdəmirdə stomatologiyanın bu qədər inkişaf etməsində Heybət həkimin rolu danılmazdır.

Qeyd edək ki, tibb elmləri namizədi, içtimai xadim, xeyriyyəçi və ziyalı Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində  dünyaya gəlib. O,1954-cü ildə Azərbaycan Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olub və 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

Heybət Mehdiyev fəaliyyəti dövründə rayon ağsaqqalar şurasının sədri olmaqla 6 kitab, 20-dən çox məqalə və 4 monoqrafiyanın müəllifi olub. Hazırda onun 2 kitabından tibb universitetinin stomatologiya fakültəsində dərslik kimi istifadə olunur.
O, 2007-ci ildə 70 yaşında Kürdəmirdə vəfat edib və  rayondakı fəxri xiyabanda dəfn olunub.Allah rəhmət eləsin.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO