Anası ilə yanaşı uyuyan şəhid - FOTO

Anası ilə yanaşı uyuyan şəhid - FOTO

Hazırda oxunan: Anası ilə yanaşı uyuyan şəhid - FOTO

116040

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Balakən rayonunun igid oğullarından biri Orxan Hüseynovun anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər ki, mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edib.

Mərasim iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsinə dualar oxunub.
Anım günündə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Turan Dibirov 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Orxan Hüseynovun keçdiyi şərəfli döyüş yolundan söz açıb.

Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını vurğulayıb.

Turan Dibirov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Balakən rayonundan 30 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların hər birinin ildönümləri qeyd olunub.

Şəhid Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qarlı hava səbəbindən uzun müddət nəşi tapıla bilməyib.

Anası Sevda xanım oğlu itkin olan zaman ürəyi dözməyərək vəfat edib. Orxanın nəşi tapılandan sonra anasının məzarı yanında dəfn olunub. Şəhidin atası Ələkbər Hüseynov da bir neçə il öncə dünyasını dəyişib.
Prezidentin müvafiq Sərəncamları ilə  Orxan Hüseynov ölümündən sonra  "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO