Masallıda narkokuryerin üzərində 15 kq-a yaxın heroin aşkarlandı - FOTO 

Masallıda narkokuryerin üzərində 15 kq-a yaxın heroin aşkarlandı - FOTO 

Hazırda oxunan: Masallıda narkokuryerin üzərində 15 kq-a yaxın heroin aşkarlandı - FOTO 

115992

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdən göndərilən külli miqdarda narkotikin ölkə ərazisində satışını təşkil etməli olan şəxs saxlanılıb, ona məxsus torbadan ayrı-ayrı bükümlərdə 15 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin narkotik vasitənin satışını təşkil etməsi üçün Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynova xaricdə yaşayan narkotacir tərəfindən göndərildiyi müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşkarının keçirdiyi digər bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayonun Banbaşı kənd sakini Şahin Cümşüdov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO