Bakı məktəbində OLAY: Sinif yoldaşları 8-ci sinif şagirdini DÖYDÜLƏR

Bakı məktəbində OLAY: Sinif yoldaşları 8-ci sinif şagirdini DÖYDÜLƏR

Hazırda oxunan: Bakı məktəbində OLAY: Sinif yoldaşları 8-ci sinif şagirdini DÖYDÜLƏR

115921

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirdin döyüldüyü iddia edilib. 

Bu barədə 27 nömrəli tam orta məktəbdə təhsil alan R.E.-nin valideyni sosial şəbəkələrdə məlumat paylaşıb.

Valideyn iddia edib ki, oğlu bir qrup şəxs tərəfindən planlı şəkildə vəhşicəsinə döyülüb:

“Yanvarın 13-də oğlumla digər sinfin şagirdləri arasında münaqişə baş verib. Daha sonra məktəbin müəllimləri onları barışdırmağa çalışsa da, digər şagird oğlumu öldürməklə hədələyib. Məsələ barədə dəfələrlə məktəbə gedib narahatlığımı bildirdim. Mənə “hər şey qaydasındadır”, - deyib, yola saldılar. Bir neçə gün əvvəl oğlumu hədələyən şagird qardaşı və yaxınları oğlumu vəhşicəsinə döyüblər”.

Məsələ barədə Bakı şəhəri 27 nömrəli tam orta məktəblə əlaqə saxladıq.

Təhsil ocağından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi ilə bağlı tövsiyələr verilib.

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023-cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib.

“Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - deyə qeyd edilib. 

Həmçinin DİN tərəfindən hadisə barədə daxil olmuş müraciət üzrə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO