Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO  

115883

Lənkəran sakinindən 5 kiloqramdan artıq narkotik aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirləri zamanı şəhər sakini olan Ümid Əkbərli və Mübariz Kərimov saxlanılıblar. 

Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və 2 ədəd elektron tərəzi aşkarlanıb. 

Əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan H.Cavadovun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ümumilikdə isə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı son 1 həftə ərzində 16, cari ilin əvvəlindən isə 32 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 13 kiloqram heroin, 3 kiloqram 260 qam marixuana aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO