"20 yanvar bizim ailə üçün ən faciəli gündür. Çünki həmin gün qardaşım Yusif Sadıqovun anadan olan və şəhid olan günüdür. Bu iki qat əzabdır. Həmin gün onun doğum gününü qeyd etməyə toplaşmışdıq. Belə bir gündə qulağımıza gələn o dəhşətli və vahimə dolu səsləri eşidəndə Yusif də evdən çıxıb izdihama qoşularaq getdi. Bundan sonra bir daha geri qayıtmadı".
Bu sözləri Azərbaycan tarixinə qanlı həriflərlə yazılan, müstəqilliyə gedən yolun başlanğıcı olan 20 yanvar hadisələrində qardaşı Yusif Sadıqovu itirən Filologiya elimləri doktoru, professor Sayalı Sadıqova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Qardaşının yoxluğu ilə 33 ildir bir dəqiqə də belə olsun barışa bilməyən, hər gün onu anan Sayalı xanım Yusifin əbədiyyətə qovuşan arzularından söz açıb:
"Yusif o dövrdə Bakı Dövlət Universitetinin Lenin təqaüdü ilə, orta məktəbi isə qızıl medalla bitirmişdi. O aspiranturada oxuyurdu. Onun çox böyük arzuları vardı. 20 yanvar bizim ailəmiz və xalqımız üçün hüzünlü və ağır gündür. Amma Yusif bizim üçün əbədyaşardır, hər gün onunla danışıram, söhbət edirəm. Onun əməllərini, arzularını hər zaman davam etdirəcəyəm".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 20.01.2023
Ad günündə şəhid olan qızıl medallı aspirant - Yusif Sadıqov bacısının XATİRƏLƏRİNDƏ
Hazırda oxunan: Ad günündə şəhid olan qızıl medallı aspirant - Yusif Sadıqov bacısının XATİRƏLƏRİNDƏ
Hazırda oxunan: Ad günündə şəhid olan qızıl medallı aspirant - Yusif Sadıqov bacısının XATİRƏLƏRİNDƏ
115826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.