Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1974-cü il təvəllüdlü Piriyeva Dilşad İman qızı qonşuları tərəfindən döyülüb.
Yaralının müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırıldığı bildirilir.
Hadisə ilə bağlı Bizim.Media-nın sorğusuna DİN-in mətbuat xidmətindən verilən
açıqlamada bildirilir ki, hazırda baş vermiş hadisənin detalları ilə bağlı araşdırma aparılır.
Faktla bağlı saxlanılanların olması haqda məlumat verilməyib.
Bizim.Media