Bakı Dövlət Universitetində 2 yeni şöbə yaradılıb.
Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetindən (BDU) bildirilib.
Bildirilib ki, BDU-nun tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir.
MÖVZU İLƏ BAĞLI:
BDU-da 3 fakultənin adı DƏYİŞDİRİLDİ
Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb.
Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Bizim.Media