“XXI əsr həm də virus əsridir, alışmaq lazımdır” – Adil Qeybulla

“XXI əsr həm də virus əsridir, alışmaq lazımdır” – Adil Qeybulla

Hazırda oxunan: “XXI əsr həm də virus əsridir, alışmaq lazımdır” – Adil Qeybulla

115403

Çində yeni epidemiya dalğası yaranıb. Mütəxəssislər bəyan edirlər ki, yanvarın sonuna kimi Pekində hər 10 nəfərdən 9-u yeni xəstəliyə yoluxacaq. Yaranmış vəziyyət dünyada həyəcan yaradıb.

Bəs bu epidemiyanın ölkəmizdə yayılma ehtimalı nə qədərdir?

Suala tanınmış həkim Adil Qeybulla aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, bu cür epidemiyaların yaranmasına təəccüblü yanaşmaq lazım deyil:

“COVİD-19-dan öncəki dönəmə baxsaq biz hər il qripin bu və ya digər ştamının epidemiyası ilə üzləşirdik. Və COVİD-19 pandemiyası bizdə xeyli narahatçılıq doğurdu. Baxmayaraq ki, epidemiyaların olması təəccüblü deyil. Bu epidemiya pandemiyaya çevrilə bilər və yaxud əksinə tez sönə bilər”.

Adil Qeybulla onu da nəzərə çatdırdı ki, XXl əsr həm də virus əsridir:

“Ona görə də hər cür sürprizlərlə üzləşə bilərik. Sadəcə olaraq biz hər cür xoş olmayan sürprizlərə hazır olmalıyıq. Lazım olan bütün tədbirləri zamanında görməliyik. COVİD-19 göstərdi ki, ÜST lazım olan anda imkanları səfərbər edə bilmir. Əslində ölkələr arasında elə bir kordinasiya sistemi yaradılmalıdır ki, belə hallarda daha effektiv və səmərəli fəaliyyət göstərilsin. Ona görə də biz COVİD-19-dan hələ də qurtula bilmirik. Yenə deyirəm, Çində baş verənlərdən narahat olmaq yox, nəticə çıxartmaq lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO