“Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, bu, xüsusilə uşaqlara qarşı cinsi zorakılıqla bağlı qəbul edilməlidir:
“Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir. Eyni zamanda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:27 / 18.01.2023
Azərbaycanda nikah yaşı ilə bağlı 1 yaş güzəşt ləğv olunurmu?
Hazırda oxunan: Azərbaycanda nikah yaşı ilə bağlı 1 yaş güzəşt ləğv olunurmu?
Hazırda oxunan: Azərbaycanda nikah yaşı ilə bağlı 1 yaş güzəşt ləğv olunurmu?
115365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.