Ən duzsuz zarafatlar edən BÜRCLƏR – Kimlər insanları güldürməyi bacarmır?

Ən duzsuz zarafatlar edən BÜRCLƏR – Kimlər insanları güldürməyi bacarmır?

Hazırda oxunan: Ən duzsuz zarafatlar edən BÜRCLƏR – Kimlər insanları güldürməyi bacarmır?

115242

Zarafat etməyin özü də istedad tələb edir və bu bacarığa malik olmayan kifayət qədər insan var. Onların yumoru əksərən insanları güldürmür, bəzən də xətirlərinə dəyir. Bu, insanın hansı bürc altında doğulmasından da asılı olan məsələdir.

Bizim.Media zarafat etməyi bacarmayan bürcləri təqdim edir.

1. Oğlaq

Oğlaqlar ciddiyyət simvoludur. Gülmək bir tərəfə, gülümsəmək belə bəzən onlar üçün çətin olur. Çünki onlar daima ciddiyyətlərini itirmək qorxusu ilə yaşayırlar. Əgər bu fobiyalarından qurtula bilsələr, incə yumor hissinə sahib insana çevrilə bilərlər. Onlar emosiyalarını nə qədər çox nümayiş etdirib, özləri haqqında zarafatlara gülməyi bacarsalar, incə yumorları üzə çıxacaq.

2. Dolça

Dolçanın qeyri-adi yumor hissi var, lakin təmkinli olmağa meyllidir. Lakin dost çevrəsində onlar içərilərindəki zarafatcıl insanı üzə çıxarırlar. Yadlara yumoristik tərəflərini nümayiş etdirmək dolçaları narahat edir.

Dolçalar öz şəxsiyyətlərini daha çox nümayiş etdirməkdə sərbəst ola bilsələr, bəzi gülməli zarafatlar edə bilərlər. Üsyankar dolça, lazımi rahatlığı hiss etdikdə onlardan qeyri-adi zarafatlar eşidə bilərsiz.

3. Xərçəng

Bu bürcün nümayəndələrinin daha çox özlərinə yönələn zarafatlarına şahid ola bilərsiz. Bu zamanlar nə qədər incə yumor istifadə etmək istəsələr də, bəzən həddi aşırlar.

Xərçəngin zarafatları onları kifayət qədər yaxından tanıyıb, əslində nəyə vurğu etdiklərini anlayan insanlar tərəfindən olduqca gülməli görünür. Çünki onlara qaranlıq yumoru əla bacarırlar. Amma onları yaxından tanımırsızsa, zarafatları sizə heç də gülməli görünməyəcək. 

4. Buğa

Əslində buğaların yumor hissi heç də bərbad deyil. Sadəcə olaraq, introvert xarakterləri sosial çevrədə açıq zarafatlar etməsinə mane olur. Lakin onlar yaxın dostları ilə ikilikdə olduqda, qısıq səslə gülməli zarafatlar edə bilirlər. Adətən, onların sakitcə etdiyi zarafatlar başqaları tərəfindən təkrarlandıqda hər kəsin gülüşünə səbəb olur. Ümumilikdə isə buğalar zarafat etməkdənsə, edilən zarafatlara gülməyə üstünlük verirlər.   

5. Balıqlar

Bu bürcün nümayəndələri gülməli, bəzən uzun-uzadı hekayələr danışmağı sevir. Xəyalpərəst balıqlar hekayənin kiçik təfərrüatlarına qədər danışmağa meyllidirlər və mətləblərə çatmaq üçün uzun vaxt tələb olunur. Bu isə zarafatı pozur. Balıqların zarafatı uzatması əksər hallarda yumoru qaçırır. Əgər təfərrüatlarla vaxt itirməsələr, həqiqətən də, zarafatları gülməli alınar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO