«Bütün dinlərə məxsus mədəni irs bərpa olunacaq» - Birinci vitse-prezident

«Bütün dinlərə məxsus mədəni irs bərpa olunacaq» - Birinci vitse-prezident

Hazırda oxunan: «Bütün dinlərə məxsus mədəni irs bərpa olunacaq» - Birinci vitse-prezident

11518

«Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik».

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun tədbirində belə deyib. 

Ölkənin Birinci vitse-prezidenti bildirib ki, dağıdılmış şəhərlər və kəndlər hamısı  bərpa ediləcək:

"Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk".

"Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO