\

\"Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram\" — Elman Nəsirov 

Hazırda oxunan: \"Tətildə istirahətim olmayıb, işin özünə elə istirahət kimi baxıram\" — Elman Nəsirov 

115092

"Bu dəfə tətilimi ölkəmizdə keçirdim".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında tətildən qayıdan Milli Məclisin deputatlarından Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, tətildə olduğu müddətdə işgüzar fəaliyyətlə məşğul olub: 

"Qeyd edim ki, həm Şamaxıda, həm də Cəlilalabda oldum. Demək olar ki, işgüzar rejimdə fəaliyyət göstərmişəm. Məqalələr yazdım, müsahibələr verirəm, televiziya kanallarında çıxışlarım oldu. Qeyd edim ki, Cəlilabada xeyli qar yağmışdı deyə, müəyyən problemlər yaranmışdı. Orada müəyyən məsələlərin həll edilməsində iştirak etdim. Həddən artıq xətlər yükləndiyindən  işıqlar sönmüşdü və dərhal da rayonda işıq idarəsi bu prosesə reaksiya verdi.

Bundan başqa, seçicilərimlə görüşdüm. Yəni, prinsip etibarilə tətildə istirahətim olmayıb. İşin özünə elə istirahət kimi baxıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO