"Heç bir vəzifəyə getmək istəmirəm" - Nazirin işdən çıxardığı direktor

Hazırda oxunan: "Heç bir vəzifəyə getmək istəmirəm" - Nazirin işdən çıxardığı direktor

115019
"Hazırda istirahət edirəm. Heç bir vəzifəyə getmək istəmirəm".xa0

Bunu Akademik Milli Dram Teatrının sabiq direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov deyib.

"Bir istəyim var. Heç kim tərəfindən narahat edilmək istəmirəm", - deyə, İ.İsrafilov əlavə edib. O, mətbuatda barəsində yazılanlara isə münasibət bildirmək istəmədiyini söyləyib(Report).

Xatırladaq ki, İsrafil İsrafilov 2010-cu ildən 2015-ci il dekabrın 30-dək Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb. Mədəniyyət və Turizm Nazirliyi onunla müqavilə müddətini uzatmayıb. Nazirlik Azərpaşa Nemətovla müqavilə imzalayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO