“Papanin” və “Kubinka”da XÜSUSİ ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO 

“Papanin” və “Kubinka”da XÜSUSİ ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO 

Hazırda oxunan: “Papanin” və “Kubinka”da XÜSUSİ ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO 

114975

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirilib. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər  - Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO