Şəkinin Bideyiz kəndi yaxınlığında yenidən meşələrin irimiqyaslı qırılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Əhmədlidə ağacları kəsən qrupun kimliyi müəyyənləşdirilir - Baş Prokurorluq
Bildirilib ki, ötən il bu prosses ictimaiyyətin dəstəyi ilə saxlanılıb. Bu vaxt meşələrin bir hissəsi qırılsa da heç kəs buna görə cəzalandırılmayıb.
Keçən ildən yarım qalan bu işə dünən yenidən start verilib. Əraziyə çoxlu sayda ağır texnika cəlb edilib. Hektarlarla meşə zolağının itirilməsi təhlükə altındadır.
Məsələni diqqətdə saxlayacağıq.
Bizim.Media