FHN Qusarda nənə və nəvənin ölümünə səbəb olan yanğınla bağlı MƏLUMAT YAYDI 

FHN Qusarda nənə və nəvənin ölümünə səbəb olan yanğınla bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: FHN Qusarda nənə və nəvənin ölümünə səbəb olan yanğınla bağlı MƏLUMAT YAYDI 

114788

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Bizim.Media-ya FHN Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO