Rusiya sülhməramlılarına məxsus beş təminat avtomobili Laçın yolundan keçib

Rusiya sülhməramlılarına məxsus beş təminat avtomobili Laçın yolundan keçib

Hazırda oxunan: Rusiya sülhməramlılarına məxsus beş təminat avtomobili Laçın yolundan keçib

114747

Rusiya sülhməramlılarının növbəti maşın karvanının Laçın yolundan maneəsiz keçidinə şərait yaradılıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus daha beş təminat avtomobili Laçından Xankəndiyə keçib.

Bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya sülhməramlılarına məxsus daha bir neçə avtomobilin yoldan keçidinə şərait yaradılmışdı.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 34 gündür ki, davam edir.
Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO