Gəncədə odlu silah tapıldı - FOTO 

Gəncədə odlu silah tapıldı - FOTO 

Hazırda oxunan: Gəncədə odlu silah tapıldı - FOTO 

114716

Gəncə sakinlərində odlu silah aşkarlanıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən verdiyi məlumata görə, ŞBPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Məmmədov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “SPŞ” markalı siqnal tapançasından kustar üsulla hazırlanmış odlu silah və 1 ədəd boş giliz aşkar  edilərək götürülüb.
Baş İdarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Elmar həsənovun yaşadığı evə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd 2 lüləli, qundağı və lüləsi kəsilmiş, 16 kalibrli ov tüfəngi aşklarınıb. 

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO