Hava şəraiti ilə əlaqədar Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINIB? – Rəsmi AÇIQLAMA 

Hava şəraiti ilə əlaqədar Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINIB? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Hava şəraiti ilə əlaqədar Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINIB? – Rəsmi AÇIQLAMA 

114715

İşğaldan azad olunan ərazilərə, xüsusilə Şuşaya müntəzəm avtobus marşrutlarının hava şəraiti ilə əlaqədar təxirə salındığı bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, bir neçə gün əvvəl qarlı havalarda Şuşaya səfər olmayıb və avtobus reysinin vaxtı başqa günə keçirilib.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərə səfərlər dayandırılmayıb və qrafikə uyğun olaraq davam etdirilir.

Xatırladaq ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları ötən il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO