SON DƏQİQƏ: Xızıda Cəfər Cabbarlının ev muzeyinin damını külək apardı - FOTO

SON DƏQİQƏ: Xızıda Cəfər Cabbarlının ev muzeyinin damını külək apardı - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Xızıda Cəfər Cabbarlının ev muzeyinin damını külək apardı - FOTO

114702

Şimal bölgəsində tüğyan edən qasırğa, güclü külək bir sıra ciddi fəsadlar yaradıb. İki gündə bu bölgədə yüzə yaxın yaşayış məskənləri işıqsız qalıb. Bundan başqa bir çox uçquna da səbəb olub.

Güclü külək Xızda böyük dramaturq Cəfər Cabbarlının ev muzeyinin damının bir hissəsini də uçurub.

Yerli sakinlərdən Bizim.Media-ya verilən məlumata görə, hazırda muzey ciddi təhlükə altındadır. Təmirdən yeni çıxmış otaqlar və bəzi eksponatlar məhv olmaq təhlükəsi ilə üz-üzədir.

C.Cabbarlı muzeyinin direktoru Həcər Rəsulova da faktı təsdiqləyib. O muzeyin binasının təmir işlərində heç bəxtinin gətirmədiyini deyib. Bildirib ki, damın bir hissəsini güclü külək aşırıb və hazırda imdadlarına çatacaq bir kəs yoxdur.

Məsələ ilə bağlı Xızı rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa da cəhd etdik. Hələlik bir cavab ala bilməmişik.

C.Cabbarlının Xızıdakı ev muzeyi barədə Bizim.Media bir neçə dəfə yazıb. Mədəniyyət Nazirliyinin başında kimin durmasından asılı olmayaraq heç bir nazir 2019-cu ildən bəri təmirə dayanan muzeyin eksponatlarının bədii tərtibat işlərini başa çatdırmaqda maraqlı olmayıb.

Muzeyin kollektivi yeni təyin olunmuş nazir Adil Kərimliyə böyük ümid bəsləyir. Dörd ildən sonra muzeyin bəxtinə bəlkə gün doğa.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO