Nazirlik dərman qadağasına aydınlıq gətirdi:  “Mətbuat yanlış xəbər yayıb”x9d

Nazirlik dərman qadağasına aydınlıq gətirdi: “Mətbuat yanlış xəbər yayıb”x9d

Hazırda oxunan: Nazirlik dərman qadağasına aydınlıq gətirdi: “Mətbuat yanlış xəbər yayıb”x9d

114580
Səhiyyə Nazirliyinin 844 adda dərman preparatını Azərbaycanda qadağan etdiyi barədə mətbuatın yaydığı xəbər ölkədə birmənalı qarşılanmayıb. Həmin siyahıda insanların gündəlik istifadə etdiyi və müsbət təsirini gördüyü dərmanların (”x9dOtipaks”x9d, “Ketotifen”x9d, “Parasetamol”x9d, “Baralgin”x9d, “Spazmalqon”x9d, “Ampisid”x9d, “Vişnevski”x9d mazı, “Streptosid”x9d, yod və s.) adlarının olması əhali arasında böyük ajiotaj yaradıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Modern.az saytına açıqlamasında mətbuatın yaydığı siyahıya münaysibət bildirib.

Nazirlik rəsmisi siyahının tamamilə yanlış olduğunu qeyd edib. O bildirib ki, siyahıda adı göstərilən dərmanlar qadağan edilməyib.

“Göstərilən siyahıda olan dərman vasitələrinə qadağa qoyulmayıb. Siyahıdakı seriyalara qadağa qoyulub. Yəni siyahıda göstərilən dərman vasitələrinin o seriyasından başqa digər seriyaları satışda var və insanlar heç bir təlaşa düşmədən o dərmanları ala bilərlər. Yəni dərman vasitələrinin özünə qadağa qoyulmur, hansısasa seriyaya qadağa qoyulub”x9d.

P.Əzizbəyov vurğulayıb ki, siyahıda adları göstərilən dərman vasitələrinin həmin seriyaları Səhiyyə Nazirliyi tərəfindən rəsmi icazə olmadan idxal olunduğu üçün onlara qadağa qoyulub.

“İnformasiya sadəcə səhv verilib, məlumatlarda seriya nömrəsi deyil, dərman vasitəsi qeyd edilib. Qadağan olunan həmin seriyalı dərman vasitələrinin ölkəyə də aidiyyatı yoxdur. Dərman vasitələri ölkəyə idxal olunan zaman onların bütün seriyalardan nümunələr götürülür və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin labaratoriyasında yoxlanılır. Keyfiyyət təsdiqləndikdən sonra həmin dərmanların idxalına və istifadəsinə icazə verilir. Siyahıda göstərilən seriyalar bizim labaratoriyada keçmədiyindən biz bu seriyalara qadağan etmişik. xa0

Biz həmişə bu informasiyanı vermişik, lakin bu dəfə kiminsə günahından bu informasiya düzgün getməyib”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO