Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Cəbrayıl RİH-də baş tutmuş görüşdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərin önəmindən söz açan Vahid Hacıyev, Prezidentin xüsusi nümayəndəliyin missiyası, ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıqlar haqqında görüş iştirakçılarına məlumat verib.
Prezidentin xüsusi nümayəndəsi, həmçinin Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq işlərindən, planlaşdırılan layihələr, tikiləcək kəndlər, infrastruktur layihələri haqqında Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələrinə ətraflı danışıb.
Sonda Cəbrayıl rayonu ziyalıları rayonun gələcək inkişafı üçün öz fikirlərini Prezidentin xüsusi nümayəndəsi ilə bölüşüblər. Öz növbəsində, Vahid Hacıyev rayonun yenidən qurulması zamanı rayon ictimaiyyətinin nümayəndələrin dəyərli fikirlərinin mütləq nəzərə alınacağını vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 13.01.2023
“Cəbrayılın yenidən qurulmasında rayon ictimaiyyətinin fikirləri nəzərə alınacaq” – Prezidentin nümayəndəsi
Hazırda oxunan: “Cəbrayılın yenidən qurulmasında rayon ictimaiyyətinin fikirləri nəzərə alınacaq” – Prezidentin nümayəndəsi
Hazırda oxunan: “Cəbrayılın yenidən qurulmasında rayon ictimaiyyətinin fikirləri nəzərə alınacaq” – Prezidentin nümayəndəsi
114579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.