Qardan sonra Bakıda işıqforlar niyə işləmir? - Mərkəzdən AÇIQLAMA

Qardan sonra Bakıda işıqforlar niyə işləmir? - Mərkəzdən AÇIQLAMA

Hazırda oxunan: Qardan sonra Bakıda işıqforlar niyə işləmir? - Mərkəzdən AÇIQLAMA

114523

3 günlük qarlı hava keçib getsə də onun yaratdığı fəsadlar hələ də qalmaqdadır. Həmin fəsadlardan biri də küçələrdəki bəzi işıqforların işləməməsidir. Apardığımız araşdırmalar nəticəsində paytaxtın bəzi küçələrində işıqforların işində fasilə yaranıb. 

Bizim.Media xəbər verir ki, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində işıqfor işləmir.

Bundan əlavə Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki digər işıqforun fəaliyyətində də nasazlıq var. Bu isə həm sürücülərə, həm də piyadalara ciddi problem yaradır.

Məsələ ilə bağlı DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Rauf Mirqulamov Bizim.Media-ya bildirdi ki, adı çəkilən ünvanlarda işıqforların işləməməsi əraziyə verilən elektrik enerjisinin dayanması ilə bağlı olub:

“Bu gün saat 09:39-dan etibarən hər 2 ünvandakı işıqforların fəaliyyəti bərpa olunub. Və normal qaydada işləyir. Ümumilikdə isə paytaxtda hazırda işləməyən işıqfor yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO