Wİ-Fİ cihazları beyində xərçəng yarada bilər – QURAŞDIRILMA QAYDASI

Wİ-Fİ cihazları beyində xərçəng yarada bilər – QURAŞDIRILMA QAYDASI

Hazırda oxunan: Wİ-Fİ cihazları beyində xərçəng yarada bilər – QURAŞDIRILMA QAYDASI

11446

"Yaşayışekologiyası" laboratoriyasının rəhbəri Anton Yastrebtsev insanları yataq otaqlarında və ya işlədikləri yerdə “WI-Fİ” cihazını quraşdırmamağa çağırıb.

Mütəxəssisin fikrincə, bunun elektromaqni tşüalanmaya məruz qalmanın zərərli təsirlərindən yayınmaq üçün lazımdır.

Bizim.Media Radio Sputnik-ə istinadən xəbər verir ki, mütəxəssis müsahibədə evdə istifadə edilən cihazların təhlükəsizliyinin sertifikatlaşdırılmalı olduğunun deyib.

Əks halda o, insan sağlamlığına ciddi ziyan vura bilər. 

"Bəzən insanlar internetlə güclü əlaqə qurmaq üçün cihazı masanın üzərinə yerləşdirirlər. Onsuzda cihaz üç metr radiusda radiasiya yaradır, bu da insana davamlı təsir edərək onun sağlamlığını məhv edir",- deyə o, bildirib.

Mütəxəssis həmçinin qeyd edib ki, cihaz yataqdan iki-üç metr məsafədə quraşdırılıbsa, bu, bir insana, xüsusən də beyinə dağıdıcı təsir göstərir.

Onun sözlərinə görə sağlamlığını düşünən hər bir insan bu cihazı mütləq istifadə sahəsindən 4-5 metr aralıda quraşdırılmalıdır. Əks halda ətrafa yayılan şüalar çox təhlükəli xəstəliklərə yol aça bilər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO