Lənkəranda qanunsuz ov edənlər SAXLANILDI - FOTO 

Lənkəranda qanunsuz ov edənlər SAXLANILDI - FOTO 

Hazırda oxunan: Lənkəranda qanunsuz ov edənlər SAXLANILDI - FOTO 

114459

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Nərimanabad qəsəbəsi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən İ.İmanov və N.İmaməliyev saxlanılıblar. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə onlardan 2 ədəd ov tüfəngi, digər ov alətləri və qanunsuz olaraq ovladıqları 63 ədəd çöl quşu aşkarlanıb. 

Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.1-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO