Daha 10 marşrut xəttində nöqsanlar aşkarlandı

Daha 10 marşrut xəttində nöqsanlar aşkarlandı

Hazırda oxunan: Daha 10 marşrut xəttində nöqsanlar aşkarlandı

114442

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib. 

Məlumata görə, müsabiqəyə çıxarılan 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir. 

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. 
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO