Azərbaycanda ötən il dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İki şəhid ailəsinə güzəştli mənzil verildi
Məlumata görə, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.
Bizim.Media