Videosu yayılan direktor DANIŞDI:

Videosu yayılan direktor DANIŞDI: "Cavanlıq etmişəm" - VİDEO

Hazırda oxunan: Videosu yayılan direktor DANIŞDI: "Cavanlıq etmişəm" - VİDEO

114325

İmişlidə məktəb direktorunun videosu yayılması barədə xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, lent.az-a videosu yayılan İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevlə əlaqə saxlayıb.

O bildirib ki, video tələbəlik vaxtı çəkilib. Direktor həmçinin videonu yayanlarla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiyini dilə gətirib:

“Bu məktəbə 2020-ci ildə direktor təyin olunmuşam. O video montaj olunub 2020-ci ildə paylaşılmışdı. Amma onda bu qədər yayılmamışdı. O vaxt Elm və Təhsil Nazirliyi də araşdırıb montaj olduğunu və tələbəlik vaxtı çəkildiyini üzə çıxarmışdı.
Beləcə söhbət bağlanmışdı. Son zamanlar İmişlidən müəllimlərin videosu çox yayılır deyə, mənim bu videomu da yanına bir qız montaj edib təkrar yaydılar ki, bəlkə bu dəfə işdən çıxarılam. O da ki, hələ nail ola bilmirlər.

Videonu paylaşanların kim olduqlarını təxmini bilirəm. Amma sübut yoxdur deyə, ad çəkmək olmur. Kiminsə günahına girmək olmaz.

Videonu tələbəlik illərində dostlarımla deyib-gülüb çəkmişdik. Cavanlıq etmişik də. Nə bilərdim vaxt gələcək bu video başıma bəla olacaq. Əvvəl bu məktəbdə işləməmişəm. İmtahan verib qəbul olmuşam.

Məndən əvvəl bura direktor olmaq istəyənlərin işlərini pozmuşam. Ona görə də, mənimlə prinsip aparırlar. İndi polisə, prokurorluğa şikayət etmişəm, araşdırma aparılır. Kim yayıb üzə çıxacaq. Bunu sosial şəbəkədə yayanlar saxta profillərdir.
Elm və Təhsil Nazirliyindən irad bildirildi ki, ehtiyatlı olum. Tələbəlik vaxtının videosu olduğu üçün çox da qınamadılar. Tələbə vaxtı nə bilim ki, təhsil sistemində direktor olacam?”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO