Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yevlax rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdirinin qətli ilə bağlı birgə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.
MÖVZU İLƏ BAĞLI:
Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri qətlə yetirildi
Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Bizim.Media