Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Masallı rayonunun Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli olduqları müəyyən edilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:21 / 11.01.2023
Masallıda 32 baş mal-qaranı oğurlayanlar SAXLANILDI
Hazırda oxunan: Masallıda 32 baş mal-qaranı oğurlayanlar SAXLANILDI
Hazırda oxunan: Masallıda 32 baş mal-qaranı oğurlayanlar SAXLANILDI
114275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.