Havanın qarlı-şaxtalı günlərində Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzində elektrik enerjisinin verilməsində davamlı fasilələr yaranıb.
Bizim.Media-ya daxil olan məlumata görə, TƏBİB-in tabeçiliyində olan bu müəssisə əhaliyə xidmət göstərmək üçün tam fəaliyyət göstərə bilmir.
Məsələni aydınlaşdırmaq üçün TƏBİB-lə əlaqə saxladıq. Qurumun sözçüsü Zamirə Ədilova Bizim.Media-ya bildirdi ki, Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilməsində fasilənin yaranması həqiqətdir:
“Bu da əvvəlki illərdən həmin tibb müəssisəsinin “Azərişığ”a yığılıb qalmış borcu ilə əlaqədar olub. Bildiririk ki, Xırdalan şəhər Mərkəzi Xəstəxanası 4 il əvvəl TƏBİB-in tabeçiliyinə verilib.
Borc isə daha əvvəlki illərdən yığılıb qalıb. TƏBİB-in “Azərişıq”la apardığı danışıqlardan sonra Mərkəzə elektrik enerjisinin verilişi bərpa olunub”.
“Azərişiq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu da Bizim.Media-ya Xırdalan Şəhər Ailə Sağlamlıq Mərkəzinə elektrik enerjisinin verilişinin bərpa olunduğunu təsdiqlədi.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 11.01.2023
Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Xırdalanda Ailə Sağlamlıq Mərkəzinin işığı niyə kəsilib? – Rəsmi AÇIQLAMA
114166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.