İrandan gətirilən duzun satışına icazə verilmədi

İrandan gətirilən duzun satışına icazə verilmədi

Hazırda oxunan: İrandan gətirilən duzun satışına icazə verilmədi

11411

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

İran İslam Respublikasından Azərbaycan Respublikasına fiziki şəxs İsgəndərov Zabil Mirzə oğlu tərəfindən idxal olunan 49,8 ton duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

 

MÖVZU İLƏ BAĞLI:

''Azərbaycanda quş qripi riski böyükdür'' - AQTA


Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO