“Sədərək”dəki yanğın qəsdən törədilib - Baş Prokurorluq və FHN-nin BİRGƏ MƏLUMATI 

“Sədərək”dəki yanğın qəsdən törədilib - Baş Prokurorluq və FHN-nin BİRGƏ MƏLUMATI 

Hazırda oxunan: “Sədərək”dəki yanğın qəsdən törədilib - Baş Prokurorluq və FHN-nin BİRGƏ MƏLUMATI 

114073

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı birgə məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sədərək”dəki yanğından ziyan çəkən sahibkarlara KOMPENSASİYA veriləcək  – AÇIQLAMA


Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanılıb. 

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub. 

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO