Baş Prokurluğun əməliyyat keçirdiyi Ağdam kollecinin direktoru kimdir? – ŞOK FAKTLAR

Baş Prokurluğun əməliyyat keçirdiyi Ağdam kollecinin direktoru kimdir? – ŞOK FAKTLAR

Hazırda oxunan: Baş Prokurluğun əməliyyat keçirdiyi Ağdam kollecinin direktoru kimdir? – ŞOK FAKTLAR

114014

Xəbər verdiyimiz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Dövlət Musiqi Kollecində əməliyyat keçirir. Hazırda Ağdam Dövlət Musiqi Kollecinin qapıları bağlanıb və məsul şəxslərin fəaliyyətləri ilə bağlı müvafiq araşdırmalara başlanıb.

Məlumat üçün bildirək ki, son vaxtlar kollecin direktoru Rafael Musayevin adı rüşvət qalmaqalında hallanır. Onun işində xeyli neqativlərin olduğu bildirilir.

Onsuz da mətbuatın dillər əzəbəri olan Ağdam Musiqi Kolleci hələ keçmiş direktorunun dövründə də qalmaqallara vəsilə idi.
 

MÖVZU İLƏ BAĞLI:

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdam Musiqi Kollecində YOXLAMAYA BAŞLADI – ÖZƏL 


Yazılanlara görə, keçmiş direktor Laura Ağayeva vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun postu satışa çıxarılıb. Elə o vaxtlar Laura Ağayevanın yerinə onun müavini Rafael Musayevin keçəcəyi haqda söz-söhbətlər yayılıb.

Yaşı 65-dan çox olan, təqaüd vaxtı çatan Rafael Musayevin keçmiş direktorun yerinə keçməsi üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.

Mətbuatda qeyd olunub ki, hətta bu məsələdə ona Ağdam rayon İcra Hakimiyyətinin başçısı dəstək verib. İddialara görə Rafael Musayev kollec direktoru kreslosuna sahiblənmək üçün nə az, nə çox 200 min manat rüşvət verib.

Mediada və sosial şəbəkələrdə hələ o vaxtdan Ağdam musiqi kollecinin  rüşvətə bulaşmış təhsil ocağı olduğu iddia edilib. Hətta söyləntilərə görə  tələbələrdən imtahanlarda pul yığılmasını şəxsən Rafael Musayev hələ müavin olduğu vaxtlarda həyata keçirib və hər tələbədən smestr üçün 600 manat tələb edib.

Qaydaya görə, hər semestrdə 450-550 manat rüşvət verməyən tələbə imtahandan keçmirmiş. Bu kollecin diplomunu almaq üçün isə  700-800 manat tələb edilib. Ən acınacaqlı hal isə tələbələrin onlardan tələb olunan pulu toplaması üçün işləməsidir.

Tələbələr Quzanlı qəsəbəsində fəaliyyət göstərən kafelərdə xidmətçi işləyirlər ki, özlərinə imtahan pulu yığsınlar. Qəsəbə sakinləri bildirirlər ki, Ağdam Musiqi Kollecinə ölkənin hər bölgəsindən tələbələr gəlib təhsil alır. Qəsəbədə tələbələrin də yaşaması buranın iqtisadi vəziyyətinə təsir göstərir.

Lakin direktor Rafael Musayevin tələbələrı "aylıq"a buraxması kirayəçilərin, market və digər xidmət sahələri ilə məşğul xırda sahibkarların qazancını azaldır.

Belə ki, o tələbələri aylıq pul ödəmələri müqavilində evə buraxırmış. Həmçinin diplomların satışı və tələbələrdən imtahan pullarının toplanması və "aylığa" buraxılan tələbələrin kartlarının özündə saxlanması iddia edilir. Rafael Musayev direktor vəzifəsini icra edəndən sonra isə bu “fəaliyyət”i daha da genişləndirib.
Qeyd edək ki, Rafael Musayev bahalı maşın ev və nömrə xəstəsidir. Onun mobil telefonunun son rəqəmləri 02-02, maşını 002 və s. ardıcıllıqla sıralanır. İddia edilir ki, Rafael Musayevin gəlir mənbəyinin biri də verdiyi saxta arayışlardır.

Aldığımız məlumatlarda qeyd olunur ki, Rafael Musayev kollecdə o qədər maliyyə saxtakarlığı edib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yoxlama zamanı faktları aşkarlamaq üçün o qədər də çətinlik çəkməyəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO