Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib.
Söhbət zamanı, həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:23 / 09.01.2023
Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə gündəliyin aktual məsələlərindən DANIŞDI
Hazırda oxunan: Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə gündəliyin aktual məsələlərindən DANIŞDI
Hazırda oxunan: Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə gündəliyin aktual məsələlərindən DANIŞDI
113897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.