Yevlaxda 40 yaşlı kişi kanalda batdı - Axtarışlara başlanıldı - VİDEO

Yevlaxda 40 yaşlı kişi kanalda batdı - Axtarışlara başlanıldı - VİDEO

Hazırda oxunan: Yevlaxda 40 yaşlı kişi kanalda batdı - Axtarışlara başlanıldı - VİDEO

113844

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1 nəfərin Yuxarı Şirvan kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO