8-ci kilometr bazarından təzə XƏBƏR VAR

8-ci kilometr bazarından təzə XƏBƏR VAR

Hazırda oxunan: 8-ci kilometr bazarından təzə XƏBƏR VAR

113834

"8-ci kilometr Ticarət Mərkəzi" ASC yenidən təşkil olunmaqla "8-ci kilometr Ticarət Mərkəzi" MMC-yə çevrilib. 

Bizim.Media xəbər verir ki, bu səhmdarların ümumi yığıncağının qərarına əsasən olub.

Səhmdarların ümumi qərarına əsasən "8-ci kilometr Ticarət Mərkəzi" ASC yenidən təşkil olunmaqla "8-ci kilometr Ticarət Mərkəzi" MMC-yə çevrilib. 

Nəzərə alaq ki, bu bazar yarandığı tarixdən 1980-ci ildən paytaxtın əsas ticarət mərkəzlərindən biri olub. Bu gün bəzi kənd təsərrüfat məhsullarının, xüsusən də tərəvəzlərin əsas topdansatış məntəqəsi bu bazar sayılır.
Bir sözlə, bu ticarət mərkəzi təkcə paytaxtda deyil, Abşeron yarımadasında qiymət bazarına xüsusi təsir etmək imkanlarına malikdir. Ona görə də ticarət mərkəzinin yenidən təşkil edilməsi böyük maraqla izlənilir. 

Burada 50-dən artıq daimi, 300-dən artıq insansa mövsümi iş yeri qazanıb.

Bazarın yenidən təşkil edilməsi təbii ki, bu imkanları bir qədər də artıracaq. Həm yeni iş yerləri açılacaq, həm də paytaxt sakinlərinə ucuz və keyfiyyətli qida məhsullarının satılmasında yeni imkanlar açacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO