Azərbaycanın tanınmış modelyeri Türkiyədə tikinti dələduzluğunun qurbanı oldu – 280 min dollarlıq QALMAQAL

Azərbaycanın tanınmış modelyeri Türkiyədə tikinti dələduzluğunun qurbanı oldu – 280 min dollarlıq QALMAQAL

Hazırda oxunan: Azərbaycanın tanınmış modelyeri Türkiyədə tikinti dələduzluğunun qurbanı oldu – 280 min dollarlıq QALMAQAL

113830

Azərbaycanlı modelyer, dizayner və iş adamı Rüfət İsmayıl Türkiyədə tikinti dələduzluğunun qurbanı olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbulun Esenyurt səmtində tikilməkdə olan binadan 280 min dollara lüks mənzil alıb.

Lakin tikinti şirkəti tezliklə layihədən imtina edib və iflas elan edib.

Türkiyə və Azərbaycan modasının beynəlxalq arenadakı rəsmi səfiri Rüfət İsmayıl AFFFAIR tekstil firmasının və eyniadlı brendin yaradıcısıdır.

O, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarestdə keçirilən moda həftələrində nümayiş etdirilən ilk azərbaycanlı dizaynerdir. Təəssüf ki, tanınmış modelyer fırıldaqçıların hiyləsindən xilas ola bilməyib.
İsmayıl deyir ki, 2013-cü ildə tikinti şirkəti ilə müqavilə bağlayıb. O, İstanbula köçüb orada məskunlaşmağı planlaşdırıb. Bu məqsədlə hətta Bakıdakı mənzilini də satıb. 

“İstanbulda ev almaq istəyirdim, amma indi evim yoxdur – nə Türkiyədə, nə də Azərbaycanda”, - deyə o, gileylənib.

Aldadıldığını anlayan Rüfət İsmayıl məhkəməyə müraciət etsə də, proses hələ də davam edir. Bildirilir ki, İsmayılla yanaşı, bu tikinti şirkəti minlərlə insanı aldadıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO