Axtarışda olan şəxs narkotiklə tutuldu

Axtarışda olan şəxs narkotiklə tutuldu

Hazırda oxunan: Axtarışda olan şəxs narkotiklə tutuldu

113811

Samuxda axtarışda olan şəxs narkotiklə tutulub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Teymur Məmmədov və Rəşad Hümbətov saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə onların üzərlərinə baxış keçirilən zaman narkotik maddə olan "metamfetamin" aşkar olunub. 

Qeyd edək ki, saxlanılan şəxslərdən Teymur Məmmədov Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO