Gəncədə ilin ilk qarının FƏSADLARI

Gəncədə ilin ilk qarının FƏSADLARI

Hazırda oxunan: Gəncədə ilin ilk qarının FƏSADLARI

113799

Dünəndən başlayaraq Azərbaycanın qərb bölgəsində güclü qar yağmağa başlayıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dağlıq ərazilərlə yanaşı Gəncə, Şəmkir və digər şəhər və rayonlar da ağ örpəyə bürünüb.

Yolların buz bağlaması ilə əlaqədar yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb. Buna görə də bir çox ərazilərdə yol nəqliyyat hadisələri baş verib. 

Gəncənin Qazax rayonu istiqamətindən çıxışında, aeroport yolu adlanan hissəsində "VAZ 2107" markalı avtomobillə FORD markalı orta tonnajlı avtomobil toqquşub. Qəzaya səbəb avtomobillərdən birinin buzlu şəraitdə əyləcdən düzgün istifadə etməməsi olub. 

Digər hadisə isə M.C. Paşayev küçəsi ilə A.Sur küçələrinin kəsişməsində, 13 saylı məktəbin yanında baş verib. Küçə ilə eniş edən sərnişin avtobusu maşının sürüşməsi nəticəsində yol kənarında olan elektrik dirəyinə çırpılıb. Xoşbəxtlikdən hər iki hadisə nəticəsində avtobillər zədə alsa da insan xəsarəti yoxdur. 
Hər iki faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO