Qazaxda intihar edən kişi haqda təfərrüat - “Kəndin ortasında o şəkildə gəzirdi”

Qazaxda intihar edən kişi haqda təfərrüat - “Kəndin ortasında o şəkildə gəzirdi”

Hazırda oxunan: Qazaxda intihar edən kişi haqda təfərrüat - “Kəndin ortasında o şəkildə gəzirdi”

11377

Xəbər verildiyi kimi ötən gün Qazax rayonunda intihar hadisəsi baş verib. 1952-ci il təvəllüdlü Xanlıqlar kənd sakini Tofiq Xəlilov özünü asaraq intihar edib. İlkin məlumatlarda onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qazax rayonu Xanlıqlar kənd bələdiyyə sədri Mahmud Həməşəyev Bizim.Media-ya açıqlamasında inhihar olayının təfərrüatlarından danışıb. O, son vaxtlar Tofiq Xəlilovun huşunu itirdiyini və özündən ixtiyarsız hərəkətlər etdiyini deyib:

 

MÖVZU İLƏ BAĞLI:

Son günlər artan qadın qətllərinin günahkarı kimdir? – Xəyanət yoxsa ...


“Tofiq Xəlilovgilin ailəsini yaxından tanıyıram. Özü çox sakit insan idi. Ailə rahat və münaqişəsizdir. Heç kəslə ədavətləri və ya problemləri olmayıb".

Son vaxtlar Tofiq Xəlilov özünə qapanırdı. Gəlininin bildirdiyinə görə ağlı arada itirdi. Bəzən küçəyə çıxanda isti paltarlarını geyinməyi unudurdu və kəndin ortasında o şəkildə gəzirdi”.

Bələdiyyə sədri əlavə edib ki, Tofiq Xəlilovun psixoloji durumu elə  həyat yoldaşı dünyasını dəyişəndən sonra pozulub:

“Həyat yoldaşı 2-3 il olar ki, dünyasını dəyişib. Arvadının ölümündən sonra onun ağlı itdi və özünü qəribə aparmağa başladı. İki övladı var. Qızı ailəsi ilə Bakıda, oğlu isə isə kənddə yaşayır".

"Oğlunda da avtomobil qəzasına düşəndən sonra yaddaş pozğunluğu yaranıb. Yarım saatdan sonra dediyi yadından çıxır”.

Qeyd edək ki, faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO