Laçın-Xankəndi yolunda aksiya gecə saatlarında da davam edir

Laçın-Xankəndi yolunda aksiya gecə saatlarında da davam edir

Hazırda oxunan: Laçın-Xankəndi yolunda aksiya gecə saatlarında da davam edir

113699

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc aksiya gecə saatlarında da böyük coşqu ilə davam edir.

Bizim.Media xəbər verir ki, aksiya fəalları plakatlar qaldırıb ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. 

Aksiya iştirakçıları bəyan edirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO