Qaxda 2 gənc oğlan avtomobil qəzasında yaralandı

Qaxda 2 gənc oğlan avtomobil qəzasında yaralandı

Hazırda oxunan: Qaxda 2 gənc oğlan avtomobil qəzasında yaralandı

113685

Qaxda avtomobil telefon dirəyinə çırpılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yol  qəzası axşam saatlarında Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq telefon dirəyinə dəyib. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata əsasən rayon sakinləri - 24 yaşlı Şəmsəddin Kərimov və 20 yaşlı Nihad Süleymanzadə müxtəlif bədən xəsarətləri alıb. 

Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.         

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO