9 yanvar 1905-ci ildə çar II Nikolayın göstərişi ilə paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısına toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutulub.
Rusiya tarixinə "Qanlı bazar" adı ilə düşən hadisədə 139 adam həyatını itirib. Bundan sonra fəhlələr ümumi tətil elan ediblər.
Bəs, 9 yanvarda daha hansı hadisələr baş verib?
1. 1768-ci ilin bu günündə Londonda ilk dəfə olaraq Filip Astley müasir sirk təşkil edib.
2. 9 yanvar 1792-ci ildə Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.
3. 1919-cu ilin bu günündə İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.
4. 1921-ci ilin bu günündə Yunan Türk müharibəsi çərçivəsində Əskişəhər yaxınlığında Birinci İnönü döyüşü baş verib
5. 9 yanvar 1939-cu ildə Fransium radioaktiv elementi alınıb.
6. 1951-ci ilin bu günündə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.
7. 9 yanvar 1960-cı ildə Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışıb.
8. Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 1964-cü ilin 9 yanvarında silahlı qarşıdurmaya çevrilib. Hadisələr zamanı 21 panamalı və 3 Amerika əsgəri ölüb.
9. 1992-ci ilin 9 yanvarında Serbiya Respublikası müstəqilliyini elan edib.
10. 9 yanvar 1996-cı ildə Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.
11. 2005-ci ilin 9 yanvarında Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.
12. 9 yanvar 2007-ci ildə Stiv Cobs San-Fransiskoda iPhone smartfonunu ictimaiyyətə təqdim edib.
9 yanvarda kimlər xatırlanır?
1. 1949-cu ilin bu günündə Xalq artisti İlham Namiq Kamal- Əhmədov anadan olub. Aktyor, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri olan İlham Namiq həm də ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrası kafedrasının müdiridir.
2. Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu ilin bu günü Beyləqanda dünyaya gəlib.
3. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi və Azərbaycan Pedoqoji İnstitutunu bitirən M.Quliyev 1992-ci ilin ilin avqustundan Ağdam bölgəsində erməni-rus birləşmələrilə döyüşdə şücaət göstərib və qəhrəmancasına həlak olub. (1959-1992)
4. Türkiyə xalqının Milli Qurtuluş Savaşını "Türkün odla imtahanı", "Alovdan köynək" romanlarında əbədiləşdirən yazıçı Xalidə Edip Adıvar 1964-cü ilin 9 yanvarında 80 yaşında İstanbulda dünyasını dəyişib. O, həyat yoldaşı Adnan Adıvarla birgə Qurtuluş Savaşında iştirak edib, onbaşı, çavuş rütbələrini almış, müharibədki bir çox hadisələrin canlı şahidi olub. (1884 - 1964)
5. 1991-ci ildə Azərbaycanın Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirildi.
6. 9 yanvar 1992-ci ilin bu günündə Nazim Quliyev şəhid olub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı fəxri adını alıb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 09.01.2023
BİZİM TƏQVİM: 9 yanvarda dünyada hansı hadisələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 9 yanvarda dünyada hansı hadisələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 9 yanvarda dünyada hansı hadisələr baş verib?
113676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.