Ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb - ÖZƏL - FOTO

Ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb - ÖZƏL - FOTO

Hazırda oxunan: Ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb - ÖZƏL - FOTO

113615

Bu gün səhər şimal bölgəsində  ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb:15,8 dərəcə şaxta. Xızının Altıağac kəndində və Qubanın Xaltan kəndində isə -9 dərəcə şaxta müşahidə edilib.

Bu barədə Bizim.Media-ya özəl olaraq Quba ərazi hidrometrologiya müəssisəsindən məlumat verilib.

Qurumdan ən çox qarın isə Xızının Altıağac qəsəbəsinə yağdığı bildirilib: 12 sm.

Qusarın Ləzə kəndində isə yerli sakinlərin məlumatına görə, bu gün səhər -14 dərəcə şaxta qeydə alınıb. Bu kənddə qarın hündürlüyü 10 sm-dən çox  olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO