Nazirlər Kabineti Prezidentə müavinətlərin artımı ilə bağlı təkliflər təqdim etməlidir

Nazirlər Kabineti Prezidentə müavinətlərin artımı ilə bağlı təkliflər təqdim etməlidir

Hazırda oxunan: Nazirlər Kabineti Prezidentə müavinətlərin artımı ilə bağlı təkliflər təqdim etməlidir

113543

Prezident İlham Əliyevin 23 dekabr 2022-ci il tarixli Sərəncamı ilə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması tədbiri keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidentinin siyasətinin ana xəttini təşkil edir.

Bu istiqamətdə mühüm addımlar atılır, ardıcıl və geniş miqyaslı sosial islahatlar aparılır. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2023-cü ildə də növbəti sosial islahat mərhələsinə başlanıb.
Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb.

Bu ilki yeni sosial islahat proqramı üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Ümumilikdə isə son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub.

Nazir dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən, aparılan sosial islahatlar prosesində öz əzm və işgüzarlığı ilə töhfəsini verən əməkdaşların əməyinin cənab Prezident tərəfindən daim yüksək dəyərləndirildiyini bildirib.
23 dekabr 2022-ci il tarixli Sərəncamla daha 10 nəfər nazirlik əməkdaşının təltif edilməsinin də bunun növbəti təzahürü olduğunu qeyd edib.

S.Babayev təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Sonra medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO