Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalandı

Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalandı

Hazırda oxunan: Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalandı

11328

Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

''Birləşmiş Krallıq Azərbaycana 30 milyard investisiya qoyub'' - Prezident 


Məlumata görə, görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO