Yevlaxda qardaşını öldürməkdə təqsirləndirilən şəxsə cinayət işi açıldı

Yevlaxda qardaşını öldürməkdə təqsirləndirilən şəxsə cinayət işi açıldı

Hazırda oxunan: Yevlaxda qardaşını öldürməkdə təqsirləndirilən şəxsə cinayət işi açıldı

113213

Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Belə ki, 12.10.2022-ci il tarixdə Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 

İbtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Elşad Əsədovun aralarında yaranmış mübahisə zamanı qardaşı Vüqar Əsədova xuliqanlıq niyyətilə bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Elşad Əsədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və digər maddələrilə ittiham elan edilib.  

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO