2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri - ARAŞDIRMA 

2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri - ARAŞDIRMA 

Hazırda oxunan: 2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri - ARAŞDIRMA 

113164

Azərbaycanda medianın əsas problemlərindən biri dövlət qurumlarının mətbuat katibləri ilə əməkdaşlıqdır. Jurnalistə ən əlçatan işçi mətbuat katibi olmalıdır. Onların mətbuatla əməkdaşlıq bacarığı isə hər kəsdə eyni olmur. 

2022-ci ildə bəzi mətbuat katiblərinin fəaliyyətində irəliləyiş hiss olundu. Mətbuat katibləri arasında yüksək vəzifələrə təyinat alanlar, başqa quruma transfer olunanlar, hətta işinə son verilənlər də oldu.

Bizim.Media bu il işdən çıxan mətbuat katibləri və ya mətbuat katiblərini yeniləyən qurumlarla bağlı məlumatı təqdim edir:

TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi Günay Quluzadə öz istəyi ilə vəzifəsindən ayrılıb. O bildirib ki, vidaları sevməsə də, bəzən daha yaxşı xidmət üçün yerdəyişmə lazımdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə isə yeni təyinat olub. Həmin vəzifə Səidə Əhmədovaya həvalə edilib. O, bundan əvvəl nazirliklərdən birində işləyib

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə də tutduğu vəzifədən azad olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.

Mətbuat katibi, eyni zamanda, aparıcılıq edən Xanım Yadigarlı yeni vəzifəyə təyin olunub. O, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə şöbə müdiri təyin edilib. Xatırladaq ki, o, buna qədər həmin Mərkəzin mətbuat katibi olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib. Azadə Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək. O, AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva isə işindən öz xahişi ilə ayrılıb. O, bundan sonra da media sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Digər işdən öz istəyi ilə ayrılan mətbuat katibi isə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovdur. O, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə isə müvəqqəti təyinat olub. Bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib. Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə bağlıdır.

Başqa bir təyinat Xarici İşlər Nazirliyində olub. Ayxan Elxan oğlu Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla isə mətbuat katibi vəzifəsini icra edən Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu il həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olundu. QSC-nin yeni sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova isə işdən çıxarılıb. 

Başqa bir təyinat isə Hesablama Palatasında olub. Quruma yeni mətbuat katibi təyin olunan Zeynəb Kazımovadır iki həftə sonra həmin vəzifədən gedib. 

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev də vəzifəsindən ayrılıb. O, vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib.

"Azəristiliktəchizat" ASC-də yeni mətbuat katibi vəzifəsi açılıb və bu yer Elvin Basqallıya həvalə edilib. O, bundan əvvəl XƏZƏR və SPACE televiziya kanallarında çalışıb.

Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) növbəti kadr dəyişikliyi baş verib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova vəzifəsindən ayrılıb. Həmçinin qurumda aparılan struktur islahatları nəticəsində həmin vəzifə ləğv edilib.

Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib. Nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.

Bakı Dövlət Universtetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər(Orucəliyeva) bu il vəzifəsindən ayrılan mətbuat katiblərindəndir. O, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO